Bir ailədə üç nəfər koronavirusdan öldü

  • 2021.05.07 16:32
  • 1400 Baxış
Bir ailədə üç nəfər koronavirusdan öldü
Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

Medicina.az report-a istinadən xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcova Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.