Bir ailənin 8 üzvü zəhərləndi - QUSARDA

  • 2019.12.16 10:25
  • 2181 Baxış
Bir ailənin 8 üzvü zəhərləndi -  QUSARDA
Qusar rayonunda qidadan zəhərlənmə faktı baş verib.

Medicina.az APA-ya istinadən xəbər verir, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.

2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.