Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

  • 2021.11.24 18:36
  • 1577 Baxış
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri - 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.