Bir ailə göbələkdən zəhərləndi: 2 uşaq öldü - YENİLƏNİB

  • 2021.10.20 09:29
  • 1208 Baxış
Bir ailə göbələkdən zəhərləndi: 2 uşaq öldü -  YENİLƏNİB
Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

Medicina.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.


***

Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.