Bir-birinə nifrət edən ər-arvadın uşaqlarında bu xəstəlik olur

  • 2024.03.14 19:46
  • 2234 Baxış
Bir-birinə  nifrət edən ər-arvadın uşaqlarında  bu xəstəlik olur

Müasir uşaqlarda rast gəlinən hiperaktivlik, çılğınlıq, “vəhşilik”, diqqət yayqınlığının əsas səbəbkarı valideynlərdir.


“Medicina” xəbər verir ki, məşhur rusiyalı həkim Valeri Sinelnikov ər-arvad arasında olan nifrətin uşaqda xəstəlik yaratdığını deyib.


“Uşaqların əsəbi, çılğın olmasının səbəbi ata-ananın öz uşaqlarına qarşı diqqət və məhəbbətinin ifadəsinin çatışmazlığıdır.


Belə valideynlərdə uşağın doğulmadan məhv edilməsi proqramı durur.

Məsələn, abortlar, istənməyən hamiləlik, hazır olmamaq, bir-birinə nifrət və s.
Ər-arvad arasında bir-birinə inciklik, nifrət, irad, tənqid, inciklik olanda uşaqlar xəstələnir.

Valideynlər öz aralarındakı münasibəti düzəldəndə, bir-birini anlayıb sevəndə uşaqlar da sakitləşir və sağalır.


Aygün Musayeva