Bir çox paketlənmiş qidaların 80 faizi şəkərdən ibarətdir - Hansılardır?

  • 2020.10.13 16:48
  • 2016 Baxış
 Bir çox paketlənmiş qidaların 80 faizi şəkərdən ibarətdir  - Hansılardır?
Bir çoxumuz qidaların və bəzi meyvələrin zərərsiz olduğunu düşünüb yeyərkən içindəki şəkər miqdarına diqqət etmirik.

Medicina.az xəbər verir ki, pəhriz saxlayarkən paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Buna səbəb həmin qidaların yüksək miqdarda qatqı maddəsi və şəkər tərkibli olmasıdır.

Araşdırmalara görə, ləzzətli və iştahaçıcı olan bir çox paketlənmiş qidaların 80 faizi şəkərdən ibarətdir.

Şəkər miqdarı yüksək olan qidalar:



Konservləşdirilmiş tərəvəzlər

Lobya, pomidor kimi konservləşdirilmiş qidaların tərkibindəki şəkər miqdarına baxdıqda özünüz də təəccüblənəcəksiniz. Bu qidalara əlavə edilən şəkər ləzzətini daha da artırmaq üçündür.



Pəhriz məhsulları

Satışda bir çox pəhriz məhsulları satılır. Amma yağsız və “pəhriz dostu” kimi tanınan qidaların böyük hissəsinə təəssüf ki, yüksək miqdarda şəkər əlavə edilir.



Çörəklər

Ağ, taxıllı və qara çörəklərin bir çoxuna da şəkər əlavə edilir. Ona görə də marketlərdə satılan çörəklərin etiketini oxuyaraq seçməlisiniz. Hətta evdə özünüz də hazırlaya bilərsiniz.



Meyvəli yoqurtlar

Yoqurtların da ləzzətini artırmaq üçün şəkər əlavə edilir. Ona görə də evdə özünüz hazırlamağa çalışın.



Souslar və dadlandırıcılar

Yeməklərimizi, salatlarımızı və şorbalarımızı ləzzət verən sous və dadlandırıcıların bir çoxu yüksək miqdarlı şəkər tərkiblidir.