Bir gündə 1 257 erməni COVID-19-a yoluxdu, 14-ü öldü

  • 2021.03.25 11:12
  • 1323 Baxış
Bir gündə  1 257 erməni COVID-19-a yoluxdu,  14-ü öldü

Ermənistanda son sutkada daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 187 441-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 416-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169 727 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 13 427 aktiv koronavirus xəstəsi var.