Bir gündə 10 253 nəfər COVID-19-a yoluxdu

  • 08 Mrt 2021 12:10
  • 478 Baxış
Bir gündə 10 253 nəfər COVID-19-a yoluxdu

Rusiyada son bir gündə daha 10 253 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 333 029 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 379 nəfər artaraq 89 473-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 922 246 nəfər sağalıb.