Bir gündə 11 534 nəfər koronavirusa yoluxdu

  • 2021.02.27 12:10
  • 1438 Baxış
Bir gündə 11 534 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 11 534 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 4 234 720 nəfərə çatıb.

Son sutka ərzində 439 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 85 743 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.