Bir gündə 30 minə yaxın insan vaksinasiya olundu

  • 2021.05.05 16:40
  • 1434 Baxış
Bir gündə 30 minə yaxın insan vaksinasiya olundu
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29778 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.

Bir gündə 30 minə yaxın insan vaksinasiya olundu