Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi – Təbii Viaqra, 100 dərdin dərmanı

  • 2019.10.09 15:27
  • 8545 Baxış
Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi –  Təbii Viaqra, 100 dərdin dərmanı

Təbiətin möcüzəvi bitkilərindən sayılan tırtıl
göbələyi Çin təbabətində mühüm bir yerə sahibdir.



Əsasən yarçaqumba kimi tanınan bu nadir qida
göbələk növüdür. Bu göbələklərin formaları da fərqlidir. Əsasən Tibet və
Himalayadan toplanılır. "Himalay "Viaqra"sı"
adlandırılan bu göbələyin ən çox bitdiyi məkan Jajarkot bölgəsidir. Bu göbələklərin
başı torpaqdakı tırtılları tutur, öldürür və onlar göbələyin baş hissəsinə
keçir. Daha sonra göbələk tırtılıın bədənində böyüyür.


 


Medicina.Az xəbər verir ki, yarçaqumbaya olan
tələbatın çox yüksək səviyyəyə çatması Nepalın əyalət bölgələrində məktəbli və
tələbələrin bu göbələyin yığımı ilə məşğul olmasına səbəb olub. Yarçaqumba sözünün mənası tibet dilində
"yayda ot, qışda qurd" deməkdir.



Əsrlər
boyu tənəffüs pozğunluqları, astma və ağciyər infeksiyaları ilə mübarizədə
istifadə edilib. Çinlilər onu 'super qida' adlandırır.


 




 


 


Bundan başqa adı çəkilən bitki müxtəlif xəstəliklər
zamanı da istifadə olunur. Təbii immun gücləndirici dərmandır İmmunitet sistemi
üçün təhlükə sayılan infeksiya və digər xəstəliklərin aradan qaldırılması və
immunitet sisteminin normallaşdırılması üçün istifadə olunur.


 


 


Həmçinin stres və yorğunluqla mübarizə aparır.
Təbii enerji mənbəyidir . Olduqca baha olan bu göbələyin bir kilosu qara
kürünün on qatı bahasına, təqribən 20 min dollara satılır.





 


Xərçəngi müalicə edir ?


 


Bəzi təcrübələr göstərir ki, tırtıl göbələyi xərçəng
xəstələri üçün də faydalıdır. Kimya terapiyasından sonra yeyilərsə, şiş hüceyrələrinin
azalmasına kömək olur. Eyni zamanda bədənin müdafiə mexanizmini artırır.


 



 


Bu göbələyi dəmləyərək də istifadə edirlər.
Belə ki, iki və ya üç ədədini suya ataraq dəmləyib, çay kimi içilir. Həm də, xəstə üçün şorba bişirərkən içərisinə əlavə
etmək olar. Bu formada istifadə üçün olan bir-iki tırtıl göbələyinin qiyməti isə
15-20 dollardır.



Bu göbələk qan şəkərini aşağı salma xüsusiyyətinə
malikdir. Buna görə diabet xəstələri üçün təhlükəlidir. İstifadədən əvvəl həmişə
həkiminizlə məsləhətləşməlisiniz.


 



 


 


Təbii afrodizyak effekti var. Cinsi funksiya
üçün vacib olan qan axınını tənzimləyir. Enerji verən xüsusiyyətləri sayəsində
cinsi gücü artırır. Sonszuluq üçün təbii bir müalicədir.


 



Ürəyi qoruyur , iflic və infarkt riskini
minimuma endirir. Toz şəklində istifadə edilərsə, ürək çatışmazlığının
qarşısını alır

Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi –  Təbii Viaqra, 100 dərdin dərmanı
Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi –  Təbii Viaqra, 100 dərdin dərmanı
Bir kiloqramı 20 min dollar olan Tırtıl göbələyi –  Təbii Viaqra, 100 dərdin dərmanı