Bir meyvə ilə min dərddən xilas olun! – Arıqladır, ağrıları yox edir və...

  • 2024.05.15 13:13
  • 551 Baxış
Bir meyvə ilə min dərddən xilas olun! –  Arıqladır, ağrıları yox edir və...
Hazırda dünyada bir çox insan sağlamlıq problemlərinə təbii həll yolları axtarır. Bu həll yolları arasında tamarind (və ya Hindistan xurması) diqqət çəkən xüsusiyyətləri ilə seçilir.

Hindistan xurması son illərdə pəhriz saxlayanlar və sağlam həyat tərzini seçənlər arasında sürətlə populyarlaşan meyvələrdən biridir. Çünki bu meyvə eyni zamanda bir çox problemi həll etmək qabiliyyətinə malikdir. Arıqladır, qəbizliyin qarşısını alır, ümumi sağlamlığa müsbət təsir göstərir.

Medicina.az bir çox dərdin dərmanı olan bu meyvənin faydalarını təqdim edir:

-Tamarind liflə zəngindir.

- Bu meyvə ağrıları saniyələr ərzində aradan qaldırır.

- Bağırsaqlarda qaz və şişkinliyi yox edir.

- Zəngin vitamin və mineral tərkibi sayəsində güclü antioksidant xüsusiyyətlər nümayiş etdirir. Soyuqdəymə və qrip kimi xəstəliklərdən qoruyur.

- Ürək-damar sağlamlığını dəstəkləyərək bu cür xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.

- Dəmlənib qarqara edildikdə, boğaz ağrılarına sakitləşdirici təsir göstərir.

-Təbii bir ağrı kəsici olaraq, oynaq ağrılarını aradan qaldırmağa kömək edir.

- Çəki nəzarətini asanlaşdırır. Həzm sistemini tənzimləyir.

- Göz sağlamlığı üçün faydalıdır.

- Öd kisəsi funksiyalarına müsbət təsir göstərdiyi bilinir.

İstehlak üsulları:

Tamarinddən əsasən mürəbbə, marmelad və sous hazırlamaq üçün istifadə olunur. Şorbalardan tutmuş desertlərə qədər bir çox yeməklərə dad vermək üçün ədviyyat kimi də əlavə edilə bilər.


Aysel