Bir qrup həkim cəbhə bölgəsinə ezam olundu - Neyrocərrahiyyə Xəstəxanası

  • 2020.10.07 13:20
  • 2372 Baxış
Bir qrup həkim cəbhə bölgəsinə ezam olundu  - Neyrocərrahiyyə Xəstəxanası

Respublika Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinin təşəbbüsü ilə xəstəxananın bir qrup həkimi cəbhə bölgəsinə ezam olunub.

Xəstəxanadan verilən məlumata görə, həkimlər cəbhə zonasındakı müxtəlif xəstəxana və hospitallarda əsgər və zabitlərin, eləcə də döyüş bölgəsinə yaxın ərazilərdə yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fəadakarlıq göstərirlər.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri bu şərəfli missiyanı işğal altında olan ərazilərimiz işğaldan tam azad olunanadək yerinə yetirəcəklər. Həmçinin xəstəxananın əməkdaşları əməkhaqlarının müəyyən hissəsini Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yaradılmış Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edirlər.