Bir sızanaq necə xərçəngə çevrildi ? – Pasiyent hekayəsi

  • 2023.05.12 10:56
  • 1834 Baxış
Bir sızanaq necə xərçəngə çevrildi ?  – Pasiyent hekayəsi
Adi bir sızanaq xərçəngə çevrilə bilirmiş?

“Medicina” xəbər verir ki, 52 yaşlı Mişel Davis 2022-ci ildə burnunda iri bır sızanaq çıxdığını görəndə, əvvəlcə fikir vermədi.

Devis "52 yaşında sızanaq nədir?" deyə düşünüb.. Onun sözlərinə görə, sonradan o, böyüyərək bənövşəyi rəngə çevrilib.

2023-cü ilə qədər sızanaq böyüyüb çox ağrılı olduğundan Davis onu sıxıb çıxarmağa çalışıb. Amma sızanaq qanayıb.

Yalnız bundan qadın həkimə getməyə qərar verdi.

Mişel diaqnozunun - bazal hüceyrəli karsinoma olduğunu öyrəndikdə şoka düşüb Ona şişin çıxarılması üçün əməliyyata ehtiyac olduğu bildirilib. Bu tip karsinoma boyun və ya baş kimi ultrabənövşəyi şüalara tez-tez məruz qalan yerlərdə görünə bilər.

Sızanaq aşkar edildikdən bir il sonra Mişel şişi çıxarmaq üçün əməliyyat olundu.

"Burnumu ziqzaq şəklində kəsdilər. O anda burnumda bir deşik var idi" deyə, Devis həkimlərin kəsiyi bağlamaq üçün bədənin başqa hissəsindən dəri götürdüklərini əlavə etdi.

İndi onun burun dəlikləri müxtəlif ölçülərdədir. Lakin o, bütün burnunu çıxarmayan şanslı insanlardan biri olduğu üçün bununla barışıb. Çapıq toxumasına baxmayaraq, qadın yaranın artıq sağaldığını deyir. Dərisi xərçəngin təkrarlanmasına meyilli olduğu üçün o, aylıq monitorinq altındadır.

Davis ümid edir ki, onun hekayəsi başqalarını oyadacaq və onlar sızanaqlarla zarafat etməyəcək.

Günay Quluzadə