Bir yumruq ilə orqanları yerini dəyişdi - Qeyri-adi HADİSƏ

  • 14 Dek 2019 14:28
  • 2808 Baxış
Bir yumruq ilə orqanları yerini dəyişdi -  Qeyri-adi HADİSƏ
Çində qəribə hadisə baş verib. Belə ki, May adlı şəxs qız dostunun yumruq zərbəsindən sonra xəstəxanalıq olub.

Medicina.az xəbər verir ki, gənclər zarafatlaşarkən qız onun qarın boşluğuna yüngül yumruq zərbəsi vurub. Bundan sonra 27 yaşlı şəxs bir neçə gün qarın boşluğunda ağrılar hiss edib. Nəfəs problemləri və sinəsindəki kəskin ağrıların keçmədiyini görən May, həkimə müraciət edib.

Həkim onu müayinə edib və məlum olub ki, gəncdə anadangəlmə diafraqma yırtığı var. Bundan əlavə aldığı yumruq zərbəsin səbəbindən onun qarın boşluğundakı bəzi orqanlar yerini dəyişərək sinəsinə köçüb. Həkimlər bildirib ki, həmin orqanları yerinə qaytarmaq üçün əməliyyat həyata keçirəcəklər.

Hazırda gəncin vəziyyəti nəzarət altında saxlanılır.