Birdəfəyə 100 portağal yemək, yoxsa C vitamini infuziyası?

  • 2022.01.14 15:54
  • 5111 Baxış
Birdəfəyə 100 portağal yemək, yoxsa C vitamini infuziyası?

C vitaminin (askorbin turşusu) insana lazım olan gündəlik dozası digər vitaminlərlə müqayisədə daha yüksəkdir.

İnsan orqanizmi C vitamini sintez edə bilmir. Bu o deməkdir ki, C vitamini daim orqanizmimizə meyvə-tərəvəz, göyərti və s. ilə daxil olmalıdır.

Lakin C vitaminini qida kimi qəbul etdikdə bağırsaqlarımızın udulma (sovrulma) səviyyəsi bəllidir.

Orqanizmə mədə - bağırsaq sistemindən daxil olan vitamin C-nin çox az bir hissəsinin mənimsənildiyini nəzərə alsaq, müxtəlif xəstəliklər zamanı orqanizmdə bu antioksidanta olan ehtiyacın ödənilməsi üçün Yüksəkdozalı vitamin C DAHA EFFEKTİVDİR.

Vitamin C orqanizmdə İMMUN HÜCEYRƏLƏRİNİ AKTİVLƏŞDİRƏN ÇOX GÜCLÜ ANTİOKSİDANTDIR

Əgər bir insanın İMMUN SİSTEMİ NORMAL FƏALİYYƏT GÖSTƏRİRSƏ, ORQANİZMİN ÖZÜNÜMÜDAFİƏ SİSTEMİ İŞƏ DÜŞÜR VƏ VİRUSLARDAN QORUYUR.

Orqanizmdə C Vitamini Çatışmazlığı İNFEKSİYALARA MEYİLLİK və YOLUXMAYA SƏBƏB OLUR.

Almaniya istehsalı olan Yüksəkdozalı vitamin C-nin tərkibində vitamin C sadəcə Askorbin Turşusu şəklində deyil, Askorbin Turşusunun Natrium duzu şəklində mövcuddur. Bu, ONUN ƏN ÖNƏMLİ ÜSTÜNLÜYÜDÜR.

YÜKSƏK DOZALI VİTAMİN C–in İMMUN SİSTEMİNƏ təsir edərək,Virus İnfeksiyalarının Profilaktikasında Əhəmiyyətlidir.

İmmun sisteminin spesifik hüceyrələri olan T helperlərin və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edir.

Komplement sistemini aktivləşdirir.

İnterferon sintezini artırır.

Antioksidant təsir göstərərək immun sistemini aktivləşdirir.

Əks - Göstərişlər:

✓Tromboflebit, tromboza meyillik
✓Böyrək daşı xəstəliyi
✓Qlükoza 6-fosfatdehidrogenaza çatışmazlığı
✓Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
✓12yaşdan aşağı uşaqlar
✓Hamilə və laktasiya dövründə olan qadınlar