Xroniki stress və tükənmişliyin əlamətləri təkcə sinir, əsəb sistemində büruzə vermir.
“Medicina” xəbər verir ki, fizioterapevt Antonio Valenzuela xroniki stresin az bilinən, çox rast gəlinən qəribə əlamətini açıqlayıb.
“Tez-tez sidiyə getmə yalnız xəstəliklərin nəticəsi deyil, həm də xroniki stressin təzahürü ola bilər.
Tibdə pollakiuriya adlanan bu hal çox vaxt sistit, şəkərli diabet və hətta xərçəngin əlaməti kimi qəbul edilir.
Həmçinin, tualetə tez-tez getmək ehtiyacı sidik sisteminin patologiyalarını göstərə bilər. Ancaq bəzi hallarda bu, fiziki sağlamlıq problemlərinə aid deyil.
Tez-tez sidiyə getmə heç də həmişə insanın sidik kisəsi və böyrəkləri ilə bağlı problemlərinin olması demək deyil. Bu simptom tez-tez artan narahatlıq ilə əlaqələndirilir ".
Onun sözlərinə görə, xroniki stress orqanizmin təhlükəyə reaksiyasına cavabdeh olan simpatik sinir sistemini aktivləşdirir.
Nəticədə, tez-tez sidiyə çağırışlar, əzələ gərginliyi, yuxu pozğunluğu və digər simptomlar olur.
Düzgün müalicə olmadıqda, narahatlıq pozğunluqları özünə inamın aşağı düşməsinə, təcrid olunmağa, yuxusuzluğa və idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər”.
Aygün Musayeva