Bizdə Avropa ölkələrindəki kimi həkim qəbulunu həftələrlə gözləmirlər- Agentliyin rəhbəri

  • 2024.02.02 19:45
  • 1093 Baxış
Bizdə Avropa ölkələrindəki kimi həkim qəbulunu həftələrlə gözləmirlər - Agentliyin  rəhbəri
İcbari Tibbi Sığorta üzrə xəstəxanalarda pasiyentlərin qəbulu növbəlilik prinsipi ilə aparılır.


“Medicina” xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev
“Azərbaycan” qəzetinə müsahibəsində xəstəxanalardakı sıxlıqdan və növbələrdən danışıb.


“Dünyanın hər yerində növbə sistemidir. Avropa ölkələrində təcili hallar istisna olmaqla, digər pasiyentlər müayinə üçün ailə həkiminə yazılır.


Ən inkişaf etmiş ölkələrdə ailə həkiminin qəbuluna düşmək üçün həftələrlə gözləməli olurlar. Bizdə isə belə uzun müddət gözləmə və növbə yoxdur. Pasiyentlərin çoxu elə həmin gün müayinədən keçir.

Artıq vətəndaşlarımız yaşadığı yerdən, qeydiyyatından asılı olmayaraq, ixtisaslaşmış həkim müayinəsi üçün TƏBİB nəzdindəki istənilən dövlət xəstəxanasına yaxınlaşa bilər.

Ambulator və stasionar tibbi xidmət üçün gözləmə müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir”.

Aygün Musayeva