Boğaz ağrısını aradan qaldıran üsullar

  • 2023.01.18 13:05
  • 1765 Baxış
Boğaz ağrısını  aradan qaldıran üsullar
Soyuq havalarda tez-tez xəstələnirik. Qış ayları həm də xəstəliklərin daha da artmasına, həm də onların şiddətlənməsinə səbəb olur. Ən çox əziyyət çəkdiyimiz problemlərdən biri də boğaz ağrısıdır.

Lent.az-ın məlumatına görə, boğaz ağrıları zaman istifadə edə biləcəyimiz ən yaxşı yollardan biri limon suyu ilə qarqara etməkdir. Bunun üçün bir stəkan ilıq suya təxminən yarım ya da bir bütöv limon sıxılır. Gün ərzində 3-4 dəfə qarqara edilir.

Bundan əlavə, boğaz iltihablanması zamanı başqa bir qarqara növü isə çuğundurun suyudur. Duzlu su ilə qarqara etmək də boğazı rahatladan yollardan biridir. Qeyd edək ki, duzlu su ilə qarqara etmək böyüklər üçündür. Uşaqlara məsləhət deyil.

Boğaz ağrısını aradan qaldırmaq üçün digər bir üsul isə alma sirkəsinə batırılmış əskinin boğaza bağlanılmasıdır. Hətta xəstənin ayaqlarını da sirkəli suya batırılmış dəsmalla sarıb, müəyyən vaxta qədər saxlamaq çox faydalıdır.

Əgər boğazınızın ağrıdığını hiss edirsinizsə, bu zaman gün ərzində hər iki saatdan bir boğazın çöl hissəsinə kələm yarpağı sarıyın.