Boğazda, qırtlaqda davamlı ağrı bu xərçəngdən xəbər verə bilər

  • 2022.12.05 16:55
  • 3218 Baxış
Boğazda, qırtlaqda davamlı ağrı bu xərçəngdən  xəbər verə bilər

Avropalı onkoloq İrci Kubesin sözlərinə görə, baş və boyun xərçəngi ilk mərhələdə gözdən qaçırılır. Çünki ilk əlamətləri təhlükəsiz vəziyyətlərlə səhv salınır.

Bakupost.az xəbər verfir ki, Onkoloji xəstəliklər mərkəzinin rəhbəri boyun xərçənginin son illər statistikasında artım olduğunu deyib.

Bunun səbəbi Virus papilomanın geniş yayılmasıdır.
Bu virus orqanizmdə simptomsuz gedir.

Baş-boyun xərçəngi dedikdə ağız, burun, qırtlaq, udlaq, baş beyin xərçəngi nəzərdə tutulur.

Bu şişləri vaxtında aşkar etmək üçün bədəndə baş verən dəyişikliklərə diqqətli olmaq lazımdır.

Adətən boğazda və başda, boyunda davamlı, aylarla davam edən ağrı xarakterik simptom ola bilər.

“Boğazın içində, üstündə istənilən ağrılar zamanı mütləq həkimə gedin.

Əgər ağrı 3 həftədən çox çəkirsə, bu ciddi siqnaldır.

Eləcə də digər əlamətlər:

- Ağız içi iltihabi yaralar
- Ağız içi qanama
- Dişlərin hamısının ağrıması
- Dilin üzərində ağ və ya qırmızı ləkələr
- Qulaqların tutulması və ağrı
- Udqunmada çətinlik
- Boğazda, boyunda şişkinlik, nahamarlıq, ağrı

Aygün Musayeva