Boğazın ölçüsü ürəyin vəziyyətindən - xəbər verir

  • 2024.03.14 22:02
  • 1251 Baxış
Boğazın ölçüsü ürəyin vəziyyətindən    -  xəbər verir


Amerikalı alimlər boyunun qısalıq və qalınlığına görə ürək sağlamlığını araşdırıblar.


“Medicina” xəbər verir ki,ş Massaçusets universitetinin alimləri qısa və qalın boğazın ürək problemi ilə bağlı olduğunu sübut edib.


Kardioloji xəstəliklərlə boyun ölçüsü və vəziyyəti arasında əlaqə var.


3300-dən artıq könüllü üzərində aparılan tədqiqat göstərib ki, əgər insanın beli, çəkisi normal olsa da, boğazı qalın və qısadırsa,ş piylidirsə, ürək xəstəlikləri riski çoxdur.


Bütün iştirakçıların boyun uzunluğu və eni ölçülüb.

Qadınlarda orta göstərici 34,2 sm, kişilərdə 40,5 sm olub.

Daha sonra onlarda xolesterin və qlükoza analizi yoxlanılıb.

Məlum olub ki, boyun çevrəsi nə qədər çoxdursa, qanda şəkər və xolesterin bir o qədər yüksəkdir.

Hər artıq 3 sm ürək problemini artırır. Bu insanlarda artıq damarlarda pis xolesterin toplanır.

Eyni rəqəm qanda şəkərə də aiddir. Ona görə də 45 yaşdan sonra boyun çevrəsində qalınlaşma müşahidə edənlər kardioloqa getməlidir və orqanizmi gücləndirtməlidir.

Aygün Musayeva