"Bolmartdakı" kütləvi zəhərlənmənin səbəbi AÇIQLANDI

  • 2022.07.04 15:02
  • 2278 Baxış
"Bolmartdakı" kütləvi zəhərlənmənin səbəbi    AÇIQLANDI

Səməd Vurğun küçəsi, 79D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.



Medicina.az xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikilidə təmir işləri ilə əlaqədar vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin və “Midtown” hotelinin havalandırma sistemi ilə sovrulub və obyektlərə ötürülüb.

Nəticədə 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.