Böyrək daşı xəstəliyinə daha çox bu bölgələrdə rastlanılır - Həkim açıqlayır

  • 2021.08.04 15:40
  • 1115 Baxış
Böyrək daşı xəstəliyinə daha çox bu bölgələrdə rastlanılır -  Həkim açıqlayır
“Böyrək xəstəliyi Azərbaycan üçün endemik xəstəlikdir, hazırda müxtəlif bölgələrdə böyrəklərdə daş yaranma riski var. Böyrək daşı xəstəliklərə daha çox şimal və şimal-qərb regionlarına rast gəlinir”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, Şamaxı-İsmayıllı zonasında bu risk 2,1-2,3 faiz arasındadır:

“Bu risk Şəki-Zaqatalada 0,7 faiz, Xaçmaz-Siyəzəndə 1,7 faizdir”.

Mütəxəssis deyib ki, böyrək daşı xəstəlikləri daha çox qadınlarda olur:

“Böyrək şikayəti ilə gələn hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hər ay bir daşı əritmək istəyiriksə, maksimum 1 sm-ə qədər ərimək ehtimalı var. Böyrək daşı olanlarda 5 ildə 50 faiz xəstədə təkrar daş yaranır”.