Böyrək orqanı gözləyənlərin sayı 1000-i keçib

  • 2025.11.05 17:04
  • 58 Baxış
Böyrək orqanı gözləyənlərin sayı    1000-i keçib


Hazırda Mərkəzə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur.

Medicina.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.


O bildirib ki, xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır: "Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır”.

O qeyd edib ki, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”.