Böyrək, sidik kisəsinin müalicəsi üçün bu göyərtiləri yeyin!

  • 2022.04.20 14:13
  • 2644 Baxış
Böyrək, sidik kisəsinin müalicəsi üçün bu göyərtiləri yeyin!

Alimlər bəzi ədviyyat, bitki və göyərtilərin böyrək, sidik kisəsi, sidik yolları, ürək sağlamlığına təsiri barədə açıqlama verib.


Bakupost.az xəbər verir ki, ABŞ Milli tibbi Kİtabxanasının dərgisində çap olunan elmi məqalədə alimlər ot və göyərtilərin yüksək antioksidant təsirini sübut edib.

Qeyd olunub ki, yaşıl ot, bitkilər,göyərtilərdə olan antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur, təmizləyir, onlar C, K vitamini, beta karotin, kaliy, dəmirlə zəngindir.

Göyərtilərin iltihab, şiş əleyhinə təsiri var, qlükozanı və xolesterini salır, beyinə müsbət təsir edir.

Alimlər ürək, böyrək, sidik kisəsi iltihabi xəstəlikləri, infeksiyaları, şişləri və damar tıxanmasına qarşı müalicəvi yaşıl bitki və ədviyyatların adlarını da açıqlayıb.

Bunlar mixək, darçın, rozmayin, sürvə, oreqanodur.
Göyərtilərdən salat, kahı, cəfəri, keşniş, reyhan daha effektivdir.

Cəfəri neçə illərdir yüksək təzyiq, sidik yollarında iltihaba qarşı istifadə olunur.

Hazırda da kulinariyada geniş istifadə olunun bu qidalar xəstəliklərlə ən güclü mübarizə vasitəsidir.


Aygün Musayeva
BakuPost