Böyrək və bel ağrısı zamanı maşın sürmək olmaz – Həkim

  • 2025.08.28 18:05
  • 104 Baxış
Böyrək və bel ağrısı zamanı maşın sürmək olmaz  – Həkim




Bel ağrısı müxtəlif səbəblərdən yarana bilər, bel böyrək xəstəliklərində də güclü ağrıya bilər.


“Medicina” xəbər verir ki, məşhur həkim Elena Malışeva böyrək ağrısı zamanı avtomobil idarə etməyin düzgün olmadığını bildirib.

" Ağrı qəfil və kəskin olur, sanki kürəyinə xəncər saplayırlar.
Belə bir ağrı ilə həkimə müraciət etmək lazımdır, lakin zərərçəkənin özü maşın sürməməlidir.

Böyrək koliki o qədər güclü bir ağrı hücumu mümkündür ki, bir insan huşunu itirmək riski daşıyır.

Böyrəyin özündə ağrı reseptorları yoxdur. Ağrı sindromu böyrəkdən daş çıxıb sidik axarında ilişib sidiyin xaricə axmasını pozduqda yaranır.

Bu vəziyyət sidik axarını təşkil edən hamar əzələlərin spazmına səbəb olur.
Vəziyyəti düzəltmək üçün ya sidik axarını rahatlaşdırmaq lazımdır ki, daş sidik kisəsinə çıxsın, ya da əməliyyat aparılmalıdır”.


Aygün Musayeva