Böyrəkdaşı xəstəliyinin səbəbləri

  • 13 Okt 2021 18:36
  • 274 Baxış
Böyrəkdaşı xəstəliyinin səbəbləri


Böyrək daşı xəstəliyi üçün hər hansı yaş məhdudiyyəti yoxdur,xəstəliyə həm yenidoğulmuşlarda,həm də yaşlı insanlarda rast gəlmək olur. Əvvəlcə mikrolitlər ("qum") əmələ gəlir,sonra isə onlardan daş formalaşır.

Böyrəkdə olan daş əksər hallarda hər hansı bir narahatlıq vermir,amma,daş sidik axarına düşdükdə böyrəkdən sidik axınını pozur,nəticədə kəskin ağrılar (böyrək sancısı) başlayır.


Risk qrupuna 20-55 yaş arası insanlar daxildir.Kişilərdə qadınlara nisbətən daş xəstəliyinə üç dəfə daha çox rast gəlinir.

Daş (və ya daşlar)böyrəkdə,sidik axarında və sidik kisəsində ola bilir.80% hallarda kalsium daşlara rast gəlinir ki,onlar da öz növbəsində oksalat,fosfat və karbonat tərkibli olur. Az hallarda isə urat daşlar müşahidə olunur.


-Daş xəstəliyinə gətirən səbəblər:
-Maddələr mübadiləsinin pozulması
-Yanlış qidalanma(yağlı,duzlu və kəskin qidalardan çox istifadə)
-İçməli sudan az istifadə

-Hipodinamiya(oturaq həyat tərzi)
-Mədə-bağırsaq xəstəlikləri
-Sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları
-İrsiyyət

-Böyrək və sidik yollarının tez-tez təkrarlanan iltihabi xəstəlikləri
-Daş xəstəliyinin əlamətləri
-Bel nahiyyəsindən başlayıb,qarının aşağısına və xarici cinsiyyət üzvlərinə yayılan ağrılar
-Tez-tez və ağrılı sidiyə getmə,"kola" rəngli sidik

-Ürəkbulanma,qusma,qarında köp.
-Diaqnozun qoyulması üçün əksər hallarda ultrasəs müayinə və ya kompyuter tomoqrafiya kifayət edir.Xəstəliyin ağırlaşmalarına böyrəklərdə iltihabi proses,böyrək və böyrək ətrafı toxumada irinli proses,hidronefroz(böyrək ləyəninin kəskin genişlənməsi),böyrək çatışmazlığı.

-Kiçik ölçülü daşlar üçün dərman müalicəsi təyin olunur.Bu müalicə 15-30 gün davam edə bilər.İri ölçülü daşlar sidik yollarını tamamilə tıxayarsa,və dözülməz ağrılar verərsə,cərrahi müalicə təyin olunur.

-Bu kimi problemlərin həlli üçün Bioloji Təbabət Klinikasının uroloq-androloqu Xalid Kərimova müraciət edə bilərsiniz.