Böyrəklər üçün ən təhlükəli içki - Açıqlandı

  • 2022.10.25 17:00
  • 2447 Baxış
Böyrəklər üçün ən təhlükəli içki   - Açıqlandı

Alimlər böyrəkləri sıradan çıxaran mayeni açıqlayıb.

"Medicina" xəbər verir ki, alimlər qazlı içkilərin böyrəklər üçün ən zərərli içki olduğunu bildirir.

Nəinki adi, şəkərli, hətta dietik qazlı içkilər də böyrəklərə zərbədir.

Müntəzəm olaraq, gənc yaşlardan qazlı içkilər içmək böyrəklərdə damarları zədələyir.

Qanda şəkərin miqdarı artır, qaz şəkərin qana sovrulmasını sürətləndirir.

Eləcə də bu içkilərə qatılan süni rənglər böyrək xərçənginə səbəb olur.

Xüsusən qadınların, qızların böyrəkləri bu içkilərə qarşı çox həssasdır.
Belə içkilərə aludəçilik böyrək çatışmazlığı riskini artırır.


Aygün Musayeva