Böyük kist 1 sm-lik kəsikdən çıxarıldı - Dövlət xəstəxanasında kist

  • 2023.04.18 15:32
  • 1109 Baxış
Böyük kist 1 sm-lik kəsikdən çıxarıldı  - Dövlət xəstəxanasında kist
Kliniki Tibbi Mərkəzdə (KTM) ilk dəfə olaraq 52 yaşlı qadında 7 sm böyüklüyündə olan timus kistası VATS (qapalı əməliyyat) üsulu ilə cərrahi əməliyyat icra edilib.


"Medicina" xəbər verir ki, nəfəs darlığı, öskürək, sinə ağrısı şikayətləri ilə gələn qadında aparılan müayinələr zamanı döş sümüyünün arxasında, ürək və böyük damarların önündə yerləşən timus adlı orqanda inkişaf etmiş kista aşkarlanıb. Qapalı üsulla keçirilən əməliyyat 1 sm ölçüsü olan 3 ədəd portdan (kəsikdən) 30 dəqiqə ərzində icra olunub. Əməliyyat torakal cərrahiyyə mütəxəssisləri tərəfindən icra edilib. Xəstə 3 gün sonra evə buraxılıb.


Məlumat üçün bildirək ki, son illərdə inkişaf etmiş ölkələrdə torakal cərrahiyyə əməliyyatlarının bir çoxu VATS (Video yardımlı toraks cərrahiyyəsi) üsulu ilə həyata keçirilir.

Kliniki Tibbi Mərkəzdə mediastinum (divar aralığı) və ağciyər əməliyyatlarına Torakal cərrahiyyə şöbəsinin açılması ilə start verilib. VATS üsulu ilə icra olunan qapalı əməliyyatlardan sonra xəstədə ağrı, hərəkət məhdudiyyəti çox az olur. Bu isə əməliyyatdan sonra xəstələrin daha tez reabilitasiya olunmasına və çox qısa bir müddətdə evə yazılmasına şərait yaradır.


Aygün Musayeva