Böyük ölçülü sinə qadınlar üçün niyə təhlükəlidir?

  • 2023.09.13 17:36
  • 1884 Baxış
Böyük ölçülü sinə qadınlar üçün niyə təhlükəlidir?

Gigantomastiya – normal ölçüdən 2 dəfə böyük süd vəziləri qadın sağlamlığı üçün təhlükəli ola bilər.


“Medicina” xəbər verir ki, həkim Aleksandr Soynov ağır çəkili süd vəzilərinin yaratdığı problemləri açıqlayıb.


“İri sinəli qadınların beli, boynu, çiyinləri tez qocalır, əzələlər boşalır, ağrılar olur, döş qəfəsi ostexondrozu inkişaf edir, qaməti əyilir.

Eləcə də böyük sinə hormonal pozulma əlamətidir, eləcə də endokrin pozulmalardan vəzilər normadan çox böyüyə bilər.

Alimlər iri sinənin genetik səbəbini də təsdiq edir.

Bu qadınlar əlavə olaraq çəki yığmamalıdır. Və nəhəng süd vəziləri əməliyyatla kiçildilməlidir”.

Aygün Musayeva