Boyunda ostexondroz ürəyi sıradan çıxarır

  • 18 Noy 2021 19:05
  • 2627 Baxış
Boyunda  ostexondroz ürəyi sıradan çıxarır


Beyin oksigen və qlükoza ilə çalışan orqandır. Onu qidalandıran damarlardır, damarları isə ürəyin işi tənzimləyir. Beyin boyunda olan onurğa arteriyaları ilə qanla təchiz edilir.

Medicina.az xəbər verir ki, rusiyalı həkim Şişonun boyunda baş verən onurğa dəyişikliklərinin ürəyə və beyinə təsirini açıqlayıb.


Ostexondrozda fəqərələrin yerdəyişməsi baş verir, disklər qığırdaqlar dağılmağa başlayır, onurğanı və başı tutan əzələ və bağlar da zədələnir.


Nəticədə onurğa arteriyası əyilir, sıxılıq, beynin damar mərkəzinə qan axını zəifləyir, oksigen çatışmazlığı baş verir.
Bu zaman beyin ürəyə əmr siqnalı göndərir ki, təzyiqi qaldırsın, bu zaman heç olmasa qan normal şəkildə yuxarı, başa irəliləyir.

İşemiya baş verməsin deyə ürək və beyin fövqəladə rejimdə işləməyə başlayır.
Beləliklə, boyun ostexondrozu həm beynin, həm ürəyin işini pozur.

Ürək yüksək tezliklə işləyir, ritmi artır, çox yığılıb açılır, təzyiq qalxır, bütün orqanlar yüklənir, ürək əzələsinin ömrü qısalır.

İllərlə davam edən belə vəziyyət ürəyi gücdən salır.


Boyun ostexondrozu müalicə olunub, arteriyalar azad olunsa, ürəyin də işi normallaşır, təzyiq düşür. Manual prosedurlardan sonra xəstələrin sanki üzərlərindən ağır daş qalxması kimi yüngül hiss buna görədir.


Çox zaman insanlar başını, beynini, ürəyini yoxladır, xəstə olduğunu düşünür, qutu-qutu dərman içir, amma sakitləşmir. Çünki beynin vəziyyəti normallaşmayıb, qan dövranı zəifdir. Ona görə ilk növbədə beyini təchiz etmək, sakitləşdirnək lazımdır.


Ona görə də əgər sizə boyun ostexondrozu diaqnozu qoyulubsa, mütləq ürəyinizi düşünün. Çünki o xəstəliyə doğru gedir.