Boyunu əyib telefona baxmaq beldə ağrı yaradır – Həkim

  • 07 May 2022 16:36
  • 582 Baxış
Boyunu əyib telefona baxmaq beldə ağrı yaradır  – Həkim


Smartfonların bel, onurğa üçün təhlükəsi tapılıb.

Bakupost.az xəbər verir ki, bioloji elmlər namizədi, həkim Nataliya Polovodova hər gün başı əyərək telefona baxmağın onurğaya və beləş fəsadlarından danışıb.


Onun sözlərinə görə, uşaq və böyüklərdə smartfonun düz tutulmaması onurğa əyriliyinə gətirib çıxara bilər.


“Problem boyun şöbəsində başlayır, daim boynunu aşağı əyib telefona baxmaq boyun və onurğaya narahat vəziyyət yaradır. Mexaniki yüklənmə baş verir, əzələlər gərginləşir, başda, boyunda, beldə ağrılar başlayır. Telefona eyni vəziyyətdə 15-20 dəqiqədən çox baxmaq olmaz.


Çox valideynlər elə düşünür ki, uşaqlarda skolioz qaməti düz tutmamaq, dərsdə yazı yazmaqdandır. Lakin əsas səbəb telefondur.
Telefona çox baxmaq səbəbindən gözlər də zəifləyir, uzaqdan görmə pozulur. Gecələr qaramlıqda telefona baxmaq çox zərərlidir.


Əgər boyun, beldə ağrılar varsa, telefona nə qədər vaxt sərf etdiyinizi, necə baxdığınızı təhlil edin. Telefonla təması azaldın”.


Aygün Musayeva
BakuPost