Braziliya prezidenti şalvar geyinə bilmir - Xəstəliyi üzündən

  • 2022.11.23 14:54
  • 1706 Baxış
Braziliya prezidenti şalvar geyinə bilmir  - Xəstəliyi üzündən

Braziliya prezidenti Jair Bolsonaru ayağındakı infeksion iltihabi xəstəliyi səbəbindən şalvar geyinə bilmir.

Bakupost.az xəbər verir ki, bu barədə vitse-prezident Amilton Mourano bildirib.

Dərini və dərialtı toxumanı zədələyən kəskin iltihabi proses səbəbindən həkim şalvarı bir müddət qadağan etdiyi üçün siyasətçi kütlə arasına çıxmır.

“Onun sağlamlığı ilə bağlı problemi var. Cəmiyyətə necə çıxsın, şortla?!”- deyə vitse prezident deyib.
Amma Bolsonarunun adminstrasiyası bunu təkzib edib.

Onun ruhi mənəvi bərpa üçün tənhalığa çəkildiyi deyilib.

Qeyd edək ki, Jair Bolsonaru prezident seçkilərində məğlub olub, səlahiyyəti yanvarın 1-də bitir.

Aygün Musayeva