Braziliya Prezidenti xəstəxanaya yerləşdirildi

  • 2021.07.14 16:07
  • 932 Baxış
Braziliya Prezidenti xəstəxanaya yerləşdirildi
Braziliya Prezidenti Jair Bolsonaru paytaxt Braziliyadakı xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, hazırda müayinədən keçən dövlət başçısı qarın boşluğundakı ağrılardan şikayət edib. Hadisə ilə bağlı başqa məlumatlar verilməyib.

Bir müddət əvvəl Jair Bolsonaru səlahiyyət həddini aşaraq Hindistan istehsalı olan “Covaxin”in satın alınmasında ittiham olunub. Bu məsələ ilə bağlı ona qarşı cinayət işi başlayıb.