Britaniya xəstəxanaları pasiyent qəbulunu dayandırır - Kraliçanın dəfninə görə

  • 2022.09.14 15:19
  • 441 Baxış
Britaniya xəstəxanaları pasiyent qəbulunu dayandırır -  Kraliçanın dəfninə görə
Britaniyada II Elizabetin ölümü ilə bağlı matəmlə əlaqədar tibb müəssisələri planlı pasiyent qəbulu və prosedurları dayandırır.


"Medicina" xəbər verir ki, 19 sentyabrdan kraliçanın dəfni ilə əlaqədar xəstəxanalar pasiyent qəbulunu saxlayacaq.

Artıq minlərlə insana bu barədə məlumat göndərib.

Öncə Milli Səhiyyə qurumu dövlət və özəl xəstəxanalara təcili olmayan pasiyent qəbulunu dayandırmağa çağırmışdı.

Bura təcili olmayan oynaq, onurğa, göz əməliyyatları, hamilələrin qəbulu və bəzi xərçəng növlərinin müayinəsi daxildir.

Qeyd olunur ki, aylardır əməliyyatlarını gözləyən xəstələrə bu qərar mənfi təsir edib.

6 milyon britaniyalı iyul ayından bu həftədəki müayinə və qəbulu gözləyirdi.

Aygün Musayeva