Britaniya ştammı rayonlara çatmamış yollar bağlanmalıdır- Həkimdən ÇAĞIRIŞ

  • 07 Apr 2021 19:18
  • 1620 Baxış
Britaniya ştammı rayonlara çatmamış yollar bağlanmalıdır - Həkimdən ÇAĞIRIŞ

Britaniya ştammı əgər paytaxtdan regionlara yayılmayıbsa, mütləq şəkildə sosial hərəkətliyin qarşısını almaq, şəhərlərarası gediş-gəlişi məhdudlaşdırmaq lazımdır


Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.

O bildirib ki, vaksinasiya prosesi ilə paralel müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır ki, normal həyata dönmək asan olsun:

“Britaniya ştammı əgər paytaxtdan regionlara yayılmayıbsa, mütləq şəkildə sosial hərəkətliyin qarşısını almaq, şəhərlərarası gediş-gəlişi məhdudlaşdırmaq lazımdır.

Hazırda ən böyük təhlükə olan ictimai nəqliyyatla bağlı reformlar həyata keçirilməlidir. SMS-icazə sistemi və yaxud tam qapanma olmasa da olar, amma hansı yerlərdə virus ən çox yayılırsa, orada qapanma və yaxud məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Düşünürəm ki, əhalinin 80 faizi peyvənd olunanadək bu kimi tədbirləri icra etsək, peyvənddən sonra normal həyata dönmək çox asan olacaq”.