Britaniya və İspaniyada koronavirusdan ölənlərin sayı artır - Bir sutka ərzində...

  • 2020.03.27 20:37
  • 2472 Baxış
Britaniya və İspaniyada koronavirusdan ölənlərin sayı artır -   Bir sutka ərzində...
Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 11 658-dən 14 579-a yüksəlib, daha 181 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“27 mart saat 09:00-a olan məlumata əsasən, 113 777 nəfərdən analiz götürülüb, onlardan 99 198-i mənfi, 14 579-u isə müsbət nəticələnib. 26 mart saat 17:00-a olan məlumata əsasən, 759 koronavirus xəstəsi dünyasını dəyişib”, - nazirliyin məlumatında deyilir.


Daha əvvəl 578 nəfərin öldüyü xəbər verilirdi.

İspaniyada isə son sutka ərzində virusa yoluxmuş şəxslərdən 569-u vəfat edib.

Ümumilikdə isə İspaniyada koronavirusa yoluxan insanların syı daha 6273 nəfər artaraq 64059-a çatıb.

Qeyd edək ki, artıq 4934 nəfərin öldüyü İspaniyada xəstəxanaya yerləşdirilmiş insanlardan 4165-nin vəziyyəti ağırdır.