Britaniyada difteriya epidemiyası yayılır

  • 2022.11.30 08:02
  • 1293 Baxış
Britaniyada difteriya epidemiyası yayılır
Ukraynalı qaçqınlar Böyük Britaniyada difteriya epidemiyasının yayılmasına səbəb olub.

Medicina.az xəbər verir ki, bu barədə "Finacial Times" məlumat yayıb.

Epidemiya qaçqınların sıx məskunlaşdığı ərazilərdə qeydə alınıb. Hazırda xəstələrin sayı 50-ni keçib.

Difteriyaya ilk yoluxma Kent aeroportunda ölkəyə gələn ukraynalıda aşkar edilib. Hazırda xəstələr təcrid edilərək müalicə olunur.

Qeyd edək ki, bir müddət əvvəl Polşada ukraynalı qaçqınlara VİÇ infeksiyası yayılmışdı.