Britaniyada koronavirusun yeni variantı tapıldı

  • 2021.04.16 17:07
  • 1665 Baxış
Britaniyada koronavirusun yeni variantı tapıldı
Böyük Britaniyada COVID-19-un yeni variantları aşkarlanıb.

Medicina.az xəbər verir ki, İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni varianta Böyük Britaniyada 77 yoluxma halı məlumdur.

VUI-21-APR-01 kodu verilən həmin variantın E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.

“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, - deyə açıqlamada qeyd olunur.