Britaniyanın vaksini orqanizmdə anticisimlər yaradır

  • 2020.10.26 14:24
  • 1226 Baxış
Britaniyanın vaksini orqanizmdə anticisimlər yaradır

Böyük Britaniyada “AstraZeneca” şirkəti ilə Oksford Universitetinin hazırladığı koronavirus vaksini sınaqların üçüncü mərhələsində yaşlı şəxslərdə dayanıqlı immun reaksiyasına səbəb olub.

55 yaşdan yuxarı şəxslər üzərində keçirilən sınaqların nəticələrinə əsasən müəyyən olunub ki, əksər şəxslərin bədənində anticisimlər formalaşıb.

Mütəxəssislərin fikrincə, bu, çox müsbət əlamətdir. Sınaqların yekun nəticələri bütün məlumatların analizindən sonra məlum olacaq.

Qeyd edək ki, “AstraZeneca”nın vaksininin sınaqlarının üçüncü mərhələsi Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Yaponiyada davam edir. Bundan başqa, ABŞ-da sınaqların yenidən başlaması gözlənilir.