Broyler toyuğunun bulyonunu içmək olmaz

  • 2021.11.15 15:15
  • 1761 Baxış
Broyler toyuğunun bulyonunu içmək olmaz
Ankara Universitetinin Qida Təhlükəsizliyi universitetinin professor Nevzat Artık alınan toyuqlardan istifadə zamanı diqqətli olmağa çağırıb.

Medicina.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, dükandan alınan toyuğun üzərində istifadə müddətinə diqqət etmək lazımdır. Məhsulun üzərində olan müddət bitənə kimi istifadə olunmalıdır.

Toyuq ətindən istifadə zamanı bir dəfə donu açılmalıdır. Toyuğun donunu açıb, yenidən dondurmaq olmaz.

Çiy toyuğa əl vurandan sonra əllər mütləq yuyulmalıdır.

Çiy toyuqun bişirilmədən öncə yuyulması zəhərlənmə riskini artırır. Onun üzərində olan mikroblar su damcıları ilə ətrafa sıçrayır. Bunları nəzərə alaraq yumadan bişirmək məsləhət görülür.

Çiy toyuğu yaxşı bişirmək lazımdır ki, bütün mikroblar ölsün.Toyuğun 72 dərəcədən yuxarı temperaturda bişirilməsi məsləhət görülür.

Toyuqu yetişdirilmə zamanı istifadə olunan antibiotik və hormonlardan təmizləmək üçün onu əvvəl suda bişirmək lazımdır.

Antibiotik və hormonların əksər hissəsi bulyona keçir. Bu bulyonu istifadə etmək olmaz, atmaq lazımdır./sputnikazerbaycan.az/