BSJ peyvəndinin koronavirusa qarşı da effektiv olduğu sübut olundu

  • 2021.08.10 14:17
  • 1628 Baxış
BSJ peyvəndinin koronavirusa qarşı da effektiv olduğu    sübut olundu



Vərəm əleyhinə BSJ peyvəndi koronavirusa qarşı da təsirlidir və ondan hələ peyvənd gözləyən, lakin oluna bilməyən ölkələrdə yaşlı insanlara tətbiq etmək olar.


Medicina.az xəbər verir ki, bu barədə Hindistanın Milli Epidmiologiya İnstitutunun alimləri elmi tədqiqat aparıb.

Tədqiqatda yaşı 60-80 arasında olan 82 könüllü iştirak edib. Onlara BSJ vaksini vurulub və 1 ay sonra qan təhlili aparılıb.
Peyvənd olunanlarda bir neçə sitokinlərin- İL6, interferon 1, interleykin 2 və s. səviyyəsinin aşağı düşdüyü görülüb.


Alimlər qeyd edir ki, məhz bu qrup sitokinlər kovidi ağır keçirməyə səbəb olur, onların azalması göstərir ki, BSJ təsir edir və kovidin profilaktikası üçün müvəqqəti istifadə edilə bilər.