BTİMM-də 3 günlük seminar - Xərçəngin İnterqativ tiblə müalicəsi

  • 2024.04.15 14:34
  • 395 Baxış
BTİMM-də 3 günlük seminar        - Xərçəngin İnterqativ tiblə müalicəsi
İsveçrənin Sonnenberq Biomed Mərkəzinin təsisçisi və baş həkimi, İnteqrativ Tibb üzrə ekspert Dr.med.Tomas Rau aprelin 20-də Bakıda keçiriləcək 1-ci Beynəlxalq Elmi-Praktiki Simpoziumun mühazirəçilərindən biri olaraq ölkəmizə dəvət edilib.


"Medicina" xəbər verir ki, Tomas Raunun Azərbaycana gəlişinin bir səbəbi də Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində keçirilən 3 günlük seminarla bağlıdır. İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin proqramı üzrə aprelin 16-da planlaşdırılan ilk seminar “Sarkoidoz, Dağınıq Skleroz (MS), Parkinson və digər degenerativ nevroloji xəstəliklərin İnteqrativ Tibblə müalicəsi” mövzusuna həsr olunub.


Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən onlarla digər yerli həkimin də iştirak edəcəyi növbəti seminar isə aprelin 17-də baş tutacaq.” Səssiz iltihab ( Qırmızı qurd eşənəyi), Revmatoid artritin İnteqrativ Tibblə müalicəsi” mövzusuna həsr olunmuş bu seminar revmatoloqlar üçün nəzərdə tutulub.

Aprelin 18-də keçiriləcək seminarın 1-ci mövzusu “ Makulyar degenerasiya, qlaukomanın İnteqrativ Tibblə müalicəsi “ ilə bağlıdır. Seminarın “Xərçəngin multimodulyar İnteqrativ Tibblə müalicəsi” nə həsr olunan 2-ci mövzusu yerli onkoloqlar üçün daha çox maraq kəsb edəcək. Çünki Tomas Raunun bu sahədə çox böyük nəzəri və praktiki təcrübəsi var.


Xatırladaq ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində tez-tez əcnəbi həkimlərin seminarları təşkil olunur.Belə seminarlarda yerli həkimlərimiz həm xarici həmkarlarının iş təcrübəsini öyrənir, həm də müxtəlif xroniki xəstəliklərin müalicəsi ilə bağlı nəzəri biliklərini daha da təkmilləşdirirlər.

MEDİCİNA.AZ