Bu 2 tərəvəz isti havaların dərmanıdır - Həkim

  • 2022.06.29 20:18
  • 1333 Baxış
Bu 2 tərəvəz isti havaların dərmanıdır  - Həkim


İsti havalarda orqanizmin yüksək hərarətə dözümlülüyünü artırmaq üçün acılı qidalara, istiota yer vermək lazımdır.


Bakupost.az xəbər verir ki, həkim terapevt Timur Asanov yay aylarında ən sərinləşdirici tərəvəzin acı qırmızı bibər, çili və brokkoli olduğunu bildirib.

“Baxmayaraq ki, qızmar havada orqanizm soyumaq istəyir, qəribəsi odur ki, orqanizmi daxildən soyudan da acı məhsullardır.

Acı bibər ağızda reseptorları stimulə edir, qan dövranını yaxşılaşdırır, tərləməni artırır, nəticədə bədən sərinləyir, soyuyur", - deyə həkim deyib.

Eləcə də isti havada brokkoli, yarpaqlı tərəvəz, xiyar, pomidor yemək lazımdır ki, onlar 80% sudan ibarətdir.


Nanəli çay və su isə sərinləşdirici təsirli mentol tərkiblidir.