Bu 3 nöqtədə ağrı xolesterindən xəbər verir

  • 2022.10.14 18:16
  • 2657 Baxış
Bu 3 nöqtədə ağrı xolesterindən xəbər verir


Qanda zərərli xolesterin yüksək olduqda əsas ağrı nöqtələri əsasən 3 yerdə olur.


"Medicina" xəbər verir ki, Kivlend klinikasının həkimləri əsas ayaqlara diqqət yetirməyi bildirib.

"Arteriyalarda yığılmış xolesterin damarları daraldır, nəticədə həmin nahiyəyə qan axını pozulur.

Ayaqlar bu haldan daha çox əziyyət çəkir, periferik arteriyaların xəstəlikləri başlayır.

Ayaqlardakı bu ağrılar xolesterindən xəbər verir: hərəkət zamanı, iş görərkən artır, uzananda itir, əzələlərdə gərginlik olur.

Ayaqlarda uyuşma, zəiflik, ağırlıq.
Bəzən ağrı o qədər güclü olur ki, hərəkətə mane olur.

Bu insanlar aktiv gəzintidən yayınır.

Ayaqların barmaqları, daban və ayağın arxasında ağrı - xüsusən gecələr baş verirsə, bu yüksək xolesterindən xəbər verir".

Aygün Musayeva