"Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilib.
Medicina.az bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiqlənmiş siyahının on dördüncü sətrinə "sümük iliyi" sözləri əlavə edilib.
"Bona Dea" Beynəlxalq Xəstəxanası ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası ilə yanaşı, sümük iliyi köçürməsi də edə biləcək.
Qeyd edək ki, sümük iliyi köçürən tibb müəssisələri sırasına, həmçinin "Mərkəzi Klinika" MMC, Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Gəncə Müalicə Diaqnostika Mərkəzi daxildir.