Bu ağacın yarpaqları təbii aspirindir

  • 2021.10.12 15:27
  • 3085 Baxış
Bu ağacın yarpaqları təbii aspirindir
Aspirinin tərkibində olan “salisil” maddəsi ilk dəfə söyüd ağacından alınıb.

İndi də söyüd ağacının yarpaq və budaqları əsasında xərçəng əleyhinə dərman hazırlana bilər. Bu haqda Hollandiya və Böyük Britaniya onkoloqları məlumat verib.

Medicna.az xəbər verir ki, alimlər söyüd ağacında xərçəng hüceyrələrini məhv edən “miabeasin” adlı maddə aşkar ediblər.

“Xərçəng xəstəliklərinin müalicəsində preparatlara qarşı rezistentlik çox ciddi problemdir. Bizə yeni dərmanlar, yeni müalicə metodları lazımdır. Miabeasin onlardan biri ola bilər”, - alimlər qeyd edir.

Mütəxəssislər miabeasini 4-cü mərhələdə olan neyroblastoma hüceyrələrinin üzərində yoxlayıb və yaxşı nəticələr alıblar. /saglanolun.az/

Araşdırmalar davam edir.