Bu ay Azərbaycana neçə Çin vətəndaşı gəlib? - RƏSMİ

  • 2020.01.29 12:22
  • 3105 Baxış
Bu ay Azərbaycana neçə Çin vətəndaşı gəlib? -   RƏSMİ
“Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

Medicina.az xəbər verir ki, Report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib. E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən, müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər, əsasən, Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır:

“Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.