Siyənəkdə (seledka) bədəni təhlükəli xəstəliklərdən qoruyan maddələr var.
Medicina.az xəbər verir ki, Onkoloq Karasevin sözlərinə görə, siyənək antioksidantların zəngin mənbəyidir. Bu maddələr bir çox təhlükəli xəstəliklərin səbəbi olan sərbəst radikalların təsiri altında bədəndə baş verən reaksiyaları aradan qaldırır.
İvan Karasev bildirib ki, siyənək yemək bədəni ən yaxşı antioksidant maddələrdən biri ilə təmin edir və bu da qocalmaya daha effektiv müqavimət göstərməyə kömək edir.
Bu maddə Q10 koenzimidir. Həkim bunu "gənclik kodu" elan edib: "Gənclik kodu" olan ubixinon (koenzim Q10) siyənək yeməklə əldə edilə bilər (bu da omeqa-3 yağ turşularının asanlıqla əldə edilə bilən mənbəyidir). Koenzim Q molekulları hüceyrələrin ikiqat membranlı orqanoidlərində ardıcıl olaraq enerji axını yaradır və onları oksidləşdiricilərin zəhərli təsirlərindən qoruyur".
Karasev əlavə edib ki, "gənclik kodu" koenzim Q10 həmçinin fıstıq, küncüt toxumu və püstə kimi qidalarda da mövcuddur.
Aygün Musayeva