Bu bitkinin yarpağı koronaya ümid oldu - Türk həkimlərin araşdırması

  • 2021.04.26 15:10
  • 2599 Baxış
Bu bitkinin yarpağı koronaya ümid oldu -  Türk həkimlərin araşdırması
Zeytun yarpağının orqanizmi koronavirusa qarşı qorumaqda və xəstəliyin müalicəsində təsirləri araşdırılıb.

Medicina.az xəbər verir ki, Türkiyədə 3 universitet və 3 dövlət xəstəxanasından 15 həkimin iştirakı ilə gerçəkləşən çalışmada dəmləmə zeytun yarpağı çayının bədənin müdafiə sisteminin bəzi hüceyrələrini aktiv etdiyini və gücünü artırdığını göstərib.

Araşdırmada iştirak edən professor Muhammed Emin Akkoyunlu zeytun yarpağı çayının koronavirusun həm müalicəsi, həm də qarşısının alınmasında qoruyucu təsirlərinin olduğunu bildirib:

“Səhər 1, axşam 1 stəkan gündə 2 dəfə içə bilərsiniz. Zeytun yarpağı çayı təbii müalicə üsullarından biridir. Bu çay immunitet sistemini dəstəkləyir. Türkiyədə də bir qrup mütəxəssis bunu laboratoriya şəraitində araşdırıb. Qismən də olsa zeytun yarpağı çayının xəstələr üzərində təsirli olduğunu gördük. Amma araşdırmalar bitmədən yekun nəsə demək mümkün deyil. İlk nəticə bizim üçün ümid işığı oldu. Bu çayı üsulunca hazırladıqda koronavirusun həm müalicəsində, həm də qarşısının alınmasında təsirli olacağını gördük”.


Hazırlanması:

1 fincan qaynar suya 1 çay qaşığı qədər üyüdülmüş zeytun yarpağı atırsınız. 10 dəqiqə dəmlədikdən sonra içirsiniz. Səhər 1, axşam 1 stəkan gündə 2 dəfə içə bilərsiniz. İnsanlar hər gün isti-isti içkilər içirlər. Qara çay yerinə bundan içə bilərsiniz. Bunun yanında kəklikotu çayı da eyni cür dəmləməklə içilə bilər.